Delimitasiya prosesi ermənilərin yaşadığı kəndi ikiyə böldübackend

Delimitasiya prosesi ermənilərin yaşadığı kəndi ikiyə böldü

Ermənistanın Tavuş rayonunun Kirants kəndini ikiyə bölən son üç sərhəd dirəyi yaşayış məntəqəsinin daxilində quraşdırılıb.

KONKRET.az saytı xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Azərbaycanla sərhədin kəndin ortasından keçdiyini yazan nəşrin məlumatına görə, hazırda orada silahlı sərhədçilər yerləşdirilib.

Qeyd edək ki, delimitasiya nəticəsində sərhəd xəttinin Kirantsın ikiyə bölünməsi kənd sakinlərinin etirazı ilə qarşılanıb və bununla da Ermənistanı aksiyalar bürüyüb. (modern.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*