Dəmirtaş Ərdoğana TƏŞƏKKÜR ETDİbackend

Dəmirtaş Ərdoğana TƏŞƏKKÜR ETDİ

Türkiyənin Edirnə şəhərində həbs cəzası çəkən sabiq Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş PKK-nın buraxılması münasibətilə bəyanatla çıxış edib.

“PKK-nın buraxılması münasibətilə Abdullah Öcalana, prezident Rəcəb Tayyib Ərdoğana, Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalıya, Cümhuriyyət Xalq Partiyasının fraksiya sədri Özgür Özelə və DEM Partiyasının rəhbərliyinə təşəkkür edirəm”, – deyə Dəmirtaş bildirib.

KONKRET.az xəbər verir ki o, həmçinin vurğulayıb: “İndi Türkiyənin iqtisadi inkişafı üzərində çalışmağın vaxtıdır. Hər kəsi təbrik edirəm”.

Qeyd edək ki, bu açıqlama Dəmirtaşın son illərdə verdiyi ən diqqətçəkici və siyasi baxımdan rezonanslı bəyanatlardan biri kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*