Demokrat.az 6 YAŞINDA!backend

Demokrat.az 6 YAŞINDA!

Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan Demokrat.az xəbər portalının 6 yaşı tamam olur.

KONKRET.az xəbər verir ki, Azərbaycandilli xəbər saytları içərisində özünün xüsusi dəsti-xətti ilə seçilən Demokrat.az-ın əsası 11 mart 2018-ci ildə qoyulub.

Bu gün Demokrat.az ölkənin tanınan media ailəsinin – “Demokrat Media” şirkətinin tərkibində fəaliyyət göstərir.

Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan sayt toplumun bütün təbəqələrinin tribunası olmağı hədəfləyib. Ötən qısa vaxtda peşə prinsiplərinə sadiq qalmağı bacaran saytın artıq öz auditoriyası formalaşıb.

Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan Demokrat.az yarandığı dövrdə çətinliklərə baxmayaraq, sağlam rəqabətlə bu gün də inkişaf etməkdədir.

KONKRET.az kolletivi əlamətdar gündə DEMOKRAT.az-ın bütün izləyicilərini və onlar üçün gecə-gündüz əzmlə çalışan kollektivini təbrik edir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*