Dənizə düşən qız xilas edildi – YENİLƏNİB+VİDEObackend

Dənizə düşən qız xilas edildi - YENİLƏNİB+VİDEO

Bakıda ehtiyatsızlıqdan azyaşlı Xəzər dənizinə düşüb.

Hadisə günorta saatlarında Dənizkənarı Bulvar ərazisində baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə fotoqraf Ceyhun Abdulla sosial şəbəkə hesabında videogörüntü paylaşıb. Belə ki, yeniyetmə qız ehtiyatsızlıqdan dənizə yıxılıb. Ətrafdakılar dərhal Dənizkənarı Bulvar İdarəsinin mühafizə əməkdaşlarına məlumat verib və əraziyə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Əməliyyatla dənizə düşən qız xilas edilərək ailəsinə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*