
(Dəqiqləşdirilməmiş məlumatlar əsasında)
Görmüsünüz də, orda 50-60 yaşlı ağaclar var.
Sumqayıt yeni qurulanda hiss olunurdu ki, kimya zavodlarının ucbatından burada yaşayış məşəqqətli olacaq.
Yalnız sıx yaşıllıq havadakı qazların nisbətini oksigenin xeyrinə dəyişə bilərdi.
Sumqayıt sürətlə yaşılaşdırılmağa başlanıldı. Xüsusilə dənizkənarı parkda çox sıx yaşıllıq salındı.
O vaxt şəhərin gecə həyatı indikindən daha qaynar idi… Sovet ölkələrindən Sumqayıta təyinat alan gözəl qızlar, iş yeri, karyera və bir az da gözəllik eşqi ilə bölgələrdən Sumqayıta üz tutmuş gənc oğlanlar… Yorulmaq bilməyən gənclər işdən sonra da əylənir, əylənirdilər. Bu əyləncə dolu axşam və gecələrdə yeyib-içib, testosteron hormonun təsiri altında emosionallaşıb, qız üstündə dava-dalaş salanlara da rast gəlinirdi. Bu dava-dalaşlar bəzən faciə ilə bitirdi.
Dənizkənarı parkın sıx ağaclıqları “razborka”ların, bıçaqlanmaların ən çox baş verdiyi yerə çevrilmişdi. Xüsusilə gecələr bu ərazilərə nəzarət çətinləşirdi.
Belə halda “raykom” qərara aldı ki, dənizkənarı parkda ağacların seyrəkliyini azaltmaq yaxşı olardı. Və ağacların bir hissəsi parkdan şəhərin çıxışına, bir hissəsi isə Bakı-Sumqayıt yolunun kənarlarına əkildi…