Deputat: “Bəziləri “da”, “də” şəkilçisi ilə “da”, “də” ədatını qarışdırır”backend

Deputat: “Bəziləri “da”, “də” şəkilçisi ilə “da”, “də” ədatını qarışdırır”

“Türkcənin, o cümlədən Azərbaycan türkcəsinin əsrlər uzunu biçimlənmiş mükəmməl qaydaları var. Bu qaydalar qorunmalıdır. Sosial mediada və mətbutda gedən yazılarda tələbələrdən tutmuş alimlərə qədər kütləvi surətdə hamının bir yanlışlığı var. Bəziləri “da”, “də” şəkilçisi ilə “da”, “də” ədatını qarışdırır. Buna görə də əksər mətnlərdə “da”nı şəkilçi sayaraq sözə birləşdirirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a Mlli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

Deputat qaydanı belə izah edib: ““da” şəkilçi olanda sözə birləşdirilir və söz bir vurğu ilə deyilir. Ədat olanda isə ayrı yazılır və sözün də, ədatın da öz vurgusu olur. Bu qayda pozulanda sözün və cümlənin anlamı dəyişir. Məsələn: “Anam rəhmətlikdə deyirdi”. Burda sanki ana o dünyadan deyir. Əslində isə “Anam rəhmətlik də deyirdi” kimi yazılmalıdır. “Sizdə baş verən cinayətə münasibət bildirin!” Burdan belə çıxır ki, cinayət sizdə baş verib. “Siz də” yazılanda fikir aydınlaşır. “Konsert maraqlı olacaq, sazda dinləyəcəyik”. Sanki bütün konserti sazda dinləməkdən gedir söhbət. “Saz da” yazılanda tam ayrı məna çıxır. “Mənə Vətəndə müqəddəsdir”. Sual yaranır, Vətəndə nə müqəddəsdir? “Vətən də” yazılanda mənanı anlayırıq. Yazışmalardan və qəzet səhifələrindən yüzlərlə belə misal çəkmək olar. Təkrar edirəm, “da”, “də” şəkilçilərini ədatdan seçməyin yolu asandır. Ədat vurğu altına düşür”.

  • Namiq
    Avqust 5, 2022 - 04:25

    Rusiya dağlıq Qarabağ, mardakert, stepanakert deyir, Azərbaycan deputatları da, də davası edir. Bir cəsarətiniz olsun rusiyaya etiraz edin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*