Deputat “Şəhid anası” medalı ilə bağlı məsələni gündəmə gətirdibackend

Deputat “Şəhid anası” medalı ilə bağlı məsələni gündəmə gətirdi

Deputat Aqil Abbas yazıçı Çingiz Abdullayevin şəhid anası medalının təsis edilməsiylə bağl təklifini parlamentdə səsləndirib.

KONKRET.az-ın məlumatına görə, deputat xatırladıb ki, Sovet dövründə Qəhrəman ana ordeni var idi:

“Bu ordeni 10 uşağı olan analara verirdilər. Medalın müəyyən güzəştləri var idi. Niyə bu gün “Şəhid anası” medalı təsis edilməsin? Bu medalı olan analara hamı daha hörmətlə yanaşardı və daha yaxşı xidmət edilərdi”.

Qeyd edək ki, xalq yazıçısı Ç. Abdullayev “Şəhid anası” fəxri döş nişanının təsis edilməsini təklif etmişdi: “Vətənə layiqli övlad böyüdən anaları fərqləndirmək üçün. Qoy əsgər və zabitlər o anaları görəndə rəsmi şəkildə təzim eləsinlər”./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*