“Uşaqlarının hansı gün dərsə gələcəyi ilə bağlı məlumatı valideynlər məktəblərdən alacaqlar”
KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bununla bağlı qərarlar məktəbdə sinif otaqlarının genişliyindən asılı olaraq alınacaq:
“Mütləq deyil ki, məsələn,II siniflər hamısı eyni günlərdə məktəbə gəlsin. Ola bilər ki, IIa sinfi həftənin bir günləri, IIb sinfi isə digər günləri gəlsin. Bu bölgü müvafiq qaydalara uyğun şəkildə təşkil ediləcək”.