“Bu, müəllimlərin aldıqları əməkhaqqına təsir etməyəcək”.
KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev tədris saatının azalmasının müəllimlərin əməkhaqlarına təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.
Nazir bildirib ki, müəllimlər dərs saatını iki hissəyə bölünmüş formada təşkil edəcəklər ki, bu da əməkhaqqlarına təsir etməyəcək.