“Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq”backend

“Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq”

“Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq”.

KONKRET.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, çalışacağıq yüksək nəticə göstərənlər daha çox dərs desinlər:

“İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desin. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlar verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*