“2019-cu ildə Nikol Paşinyan “Ermənistan mənim ocağımdır, xalq mənim ailəmdir” deyə qışqırdı. Sonra məlum oldu ki, o. Ermənistanı başqa mənada öz ocağına çevirib”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni siyasətçi Hayk Derzyan özünün müsahibəsində bildirib.
O daha sonra fikirlərini belə davam etdirib: “Ermənistanı öz dədə-baba mülkü hesab edən Nikol şəxsi evindən dövlət malikanəsinə köçüb və həmin binanın təmiri üçün xalqın pulu ilə 2 milyard dollar ayırıb. O düz deyir ki, Ermənistan Paşinyanın ocağıdır, istədiyini edir, amma digər fikrinə gəlincə, xalq mənim ailəmdir, bu bir həqiqətdir ki, kimisə öz ailən hesab edirsənsə, onu soyub, dövlətçiliyini əlindən almırsan. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib, qırmızı xətləri aradan qaldıracağını vəd edib və indi verdiyi vədlərə zidd olan işləri görür. Paşinyan və komandası büdcə pullarını amansızcasına talayır.
Məsələn, Maliyyə Nazirliyinin məlumatına görə, əgər 2018-ci ildə bir nəfər 1,1 milyard dram, 2019-cu ildə 16 milyard alıbsa, 2022-ci ildə bu rəqəm 17,4 milyard drama çatıb. Oliqarxları saxlamaqda birinciləri günahlandıran bugünkü hakimiyyət indi öz oliqarxlarını zənginləşdirir”.
Natiq Səlim,
KONKRET.az