“Putinin İrana səfərinin tarixi hələ razılaşdırılmayıb, ancaq dəvət var”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, İran hökumətinin sözçüsü Fatimeh Mohacerani bir müddət əvvəl Putinin Tehrana gözlənilən səfərinin koordinasiya mərhələsində olduğunu bildirib.
“Həqiqətən də, Putinin rəsmi və ya işgüzar səfərilə bağlı etibarlı dəvət var… Tarixlər hələ razılaşdırılmayıb. Razılaşan kimi sizə məlumat verəcəyik”, – Peskov vurğulayıb.
İran hökumətinin sözçüsü Fatimeh Mohacerani deyib ki, Putinin İrana gözlənilən səfəri diplomatik kanallar vasitəsilə əlaqələndirilir.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçı Putinin 2025-ci ildə İrana səfərinə ümid etdiyini bildirmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az