Devid Bekhemin klubunun MLS-də debüt tarixi açıqlanıbbackend

Devid Bekhemin klubunun MLS-də debüt tarixi açıqlanıb

İngiltərəli sabiq futbolçu Devid Bekhemin rəhbərlik etdiyi ABŞ-ın “İnter” klubu MLS-də (Baş Futbol Liqası) 1 mart 2020-ci ildə debüt edəcək.

KONKRET.az-ın məlumatına görə, Əvvəlcə “Los Anceles”in qonağı olacaq Mayami təmsilçisi daha sonra martın 14-də “Los Anceles Qelaksi”ni qəbul edəcək. “İnter” ev oyunlarını 19 min tamaşaçı tutumuna malik Fort-Loderdeyl stadionunda keçirəcək. Bir neçə ildən sonra klub Mayamidəki 26 min tamaşaçı tutumuna malik arenaya dönməlidir.

Qeyd edək ki, Devid Bekhemin özü 2007-2012-ci illərdə “Los Anceles Qelaksi”nin formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*