DGK “Araz Supermarket”i CƏRİMƏLƏDİbackend

DGK "Araz Supermarket”i CƏRİMƏLƏDİ

Dövlət Gömrük Komitəsi “Araz Supermarket” MMC barəsində inzibati protokol tərtib edib.

KONKRET.az unikal.org-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*