Tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.
KONKRET.az Manset.az-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl aktyorun beyninə qan sızıb. O, təcili olaraq xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.
