“23-24 iyul tarixlərində imtahanlarda 60 min şagirdin iştirak edəcəyi planlaşdırılır”.
KONKRET.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi onlayn konfransda deyib.
O bildirib ki, imtahanın nəticələri artıq elan edilib:
“İyunun 10-dan iyulun 10-a kimi 143 min nəfər üçün imtahan təşkil edilib. Bu imtahanların nəticələri, demək olar ki, elan edilib. Onlardan 120 mini öz nəticələrini əldə edib. 23 min nəfərin nəticələri bu həftələrdə elan ediləcək”.