Əfqanıstanın Səməngən əyalətinin Aybək şəhərində dini məktəbdə namaz vaxtı partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Hasht–e Subh” qəzeti yerli mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində azı 10 tələbə həlak olub.
Ölən və yaralananların dəqiq sayı açıqlanmayıb.
Qeyd edək ki, “Taliban” nümayəndələri hələlik insidentlə bağlı şərh verməyib.
İqbal Rzayev,
KONKRET.az