Dini radikalizmi və kriminal aləmi təbliğ etdi, həbs olundubackend

Dini radikalizmi və kriminal aləmi təbliğ etdi, həbs olundu

Sabirabad rayonunda sosial şəbəkədə dini radikalizmi və kriminal aləmi təbliğ etməkdə ittiham olunan şəxs məsuliyyətə cəlb olunub.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, Sabirabad rayonu, Mürsəlli kənd sakini, 1999-cu il təvəllüdlü F.Kərimli “Odnoklassnik” sosial şəbəkə saytında özünə məxsus profildən dini radikalizmi və kriminal aləmi təbliğ edən paylaşımlar edib.

Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırma zamanmı həmin şəxsin olduğu yer müəyyənləşdirilib. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim ediblər və əməllərinə görə profilaktik söhbətlər etməküçün onu polis şöbəsinə dəvət ediblər.

Lakin bu zaman F.Kərimli uca səslə səs-küy yaradıb.

F.Kərimli nizam-intizama dəvət olunsa da o, qərəzli hərəkətlərini davam etdirib, polisin qanuni tələblərinə tabe olmayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə inzibati qaydada ittiham elan olunub.

İş baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Cavid Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Təqsirləndirilən şəxsin ittiham olunduğu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə ittiham sübuta yetirilməyib. Həmin maddə üzrə ittihama xitam verilib.

F.Kərimli həmin məcəllənin 510-cu maddəsi ilə təqsirli bilinib və 5 gün müddətə inzibati həbs növündə həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*