“Hakimlik qarmaqarışıq mövzudur. Türkiyədə də vəziyyət bərbaddır. Dinimizdə də 3 hakimdən ikisi cəhənnəmlikdir”.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi”yə 1:5 hesabı ilə uduzan “Kəpəz”in baş məşqçisi Azər Bağırov deyib.
O, matçdakı hakimlikdən narazı qaldığını bildirib:
“İmişli” ilə matçın ilk hissəsində 11 dəqiqə matç dayandı, amma 5 dəqiqə əlavə etdi. Bu gün də idarəçiliyə baxmaq lazımdır. Hakimlik barədə çox danışmaq istəmirəm. Amma elədikləri mütləq onlara yedizdiriləcək”.
