Tikanı quyruğu və qəribə görünüşü ilə tanınan ot yeyən steqosaurus növü olan dinozavr skeleti 44,6 milyon dollara satılıb.
KONKRET.az xəbər verir ki, onun hündürlüyü 3 metr 40 santimetr, burnundan quyruğa qədər uzunluğu 8 metrdən çoxdur.
Skeleti hərracda alan şəxsin kimliyini açıqlanmayıb. Ola bilsin ki, skelet Amerikada muzeylərdən birinə bağışlanacaq. Heyvan alıqları 2022-ci ildə Kolorado ştatında bir paleontoloq tərəfindən aşkar edilib.
Ona “Apeks” adı verilib və bu dinozavr öz mühitində dominant bir fərd hesab olunub. “Apeks”in 150 milyon il əvvəl yaşadığı təxmin edilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az