Diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi üsulları məlum oldubackend

Diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi üsulları məlum oldu

Diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi üsulları məlum olub.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Diplomatik xidmət haqqında qanun”da əksini tapıb.

Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və bu Qanunda nəzərdə tutulan vəzifə maaşına əlavələrdən ibarətdir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və vəzifə maaşına diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə əlavələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən inzibati-texniki xidmət əməkdaşlarının dövlət məvacibi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluqçuları üçün nəzərdə tutulan vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir.

Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət məvacibi bu Qanunda nəzərdə tutulan vəzifələr üzrə tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq haqdır.

Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə bu Qanunda nəzərdə tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə dövlət məvacibi və təyin olunduqları diplomatik nümayəndəliyin və ya konsulluğun yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla aylıq əlavə ödənilir. Aylıq əlavənin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada dövlət məvacibinin əməkdaşa ödənilən hissəsinə fərqləndirici əmsal tətbiq edilməklə müəyyən edilir.

Diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur. Diplomatik xidmət orqanı əməkdaşlarına verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən heç bir tutulmalar həyata keçirilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*