“Diplomatlar Ermənistan hakimiyyətinə gülür” – Artak Zakaryanbackend

"Diplomatlar Ermənistan hakimiyyətinə gülür" - Artak Zakaryan

 “Son 6 ildə bu hakimiyyətin gördüyü hər şey anti-dövlət siyasətinin və xəyanətin ayrıca bir hekayəsidir”.

KONKRET.az xəbər verir ki, bunu Faktinfo-nun efirində Ermənistan müdafiə nazirinin keçmiş müavini, Respublika Partiyasının icra orqanının üzvü Artak Zakaryan deyib.

“Azərbaycanlıların Ermənistanın təslimçi hakimiyyət orqanlarından fərqli olaraq sərhədin delimitasiyası və demarkasiyası prosesinə öz yanaşması var. Guya nə iləsə məşğul olduqlarını deyirlər və sülh müqaviləsi imzalamağa doğru addımlayırlar.Əslində isə erməni xalqı yaxın gələcəkdə nə sülh müqaviləsini, nə də sülhün özünü görəcək.

Müharibələr nə vaxt və niyə yaranır? İki dövlətin həyati maraqları toqquşanda”.

Onun fikrincə, sülh müqaviləsinin Ermənistana nə verəcəyi bəlli deyil:

“Hakimiyyət açıq şəkildə etiraf edir ki, saziş imzalanandan ertəsi gün Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamayacağına zəmanət yoxdur.
Diplomatlar Ermənistan hakimiyyətinə nəinki gülür, həm də onların nə düşündüklərini anlamırlar”, – deyə Zakaryan bildirib.

Artak Zakaryanın sözlərinə görə, hazırkı vəziyyətə görə müxalifəti günahlandırmaq və onu qınamaq vicdansızlıqdır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*