DİQQƏT: Artıq nəğd pula ehtiyac qalmayacaq, hamı bu cür ödəniş edəcəkbackend

DİQQƏT: Artıq nəğd pula ehtiyac qalmayacaq, hamı bu cür ödəniş edəcək

Azərbaycanda xüsusilə gənclər arasında kartla və digər elektron ödəniş vasitələrindən istifadənin sürətlə artması nağd pulun gələcək taleyi ilə bağlı suallar yaradır.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada nağdsız ödənişə keçid artıq qaçılmaz prosesdir.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Ekspertin sözlərinə görə, müəyyən dövrdən sonra nağd pulun tamamilə sıradan çıxacağı gözlənilir:

“Nəinki Azərbaycanda, bütün dünyada əlbəttə ki, müəyyən dövrdən sonra nağd pul sıradan çıxacaq. Hamısı elektron və kartla olacaq. Təbii ki, Azərbaycanda bu proses aparıcı ölkələrlə müqayisədə bir qədər gec baş verəcək. Amma dəqiq nə vaxt olacağı bilinmir”, – deyə Ə.Həsənov vurğulayıb.

Mütəxəssis hesab edir ki, texnoloji inkişaf, mobil bankçılığın genişlənməsi, rəqəmsal ödənişlərin rahatlığı və təhlükəsizliyi gənc nəslin davranışlarına ciddi təsir göstərir. Bu da mərhələli şəkildə nağd pulun rolunun azalmasına gətirib çıxarır.

Ekspert bildirir ki, yaxın illərdə nağdsız ödənişlərin payı daha da artacaq, lakin tamamilə nağdsız iqtisadiyyata keçid üçün vaxt və geniş ictimai adaptasiya tələb olunur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*