DİQQƏT: Avtomobil hərəkətdə olmasa belə, bunu etsəniz, 50 manat cərimələnəcəksinizbackend

DİQQƏT: Avtomobil hərəkətdə olmasa belə, bunu etsəniz, 50 manat cərimələnəcəksiniz

“Yol hərəkəti zamanı, o cümlədən işıqforun qırmızı işığında və ya tıxacda dayanarkən sürücülərin mobil telefondan istifadə etməsi qanunla qadağandır. Bu cür hallarda sürücü yol hərəkətinin aktiv iştirakçısı hesab olunur və telefonla danışmaq məsuliyyət yaradır”.

Bu barədə hüquqşünas Elşad İsayev KONKRET.az-a açıqlamasında danışıb.

Vəkillik mənim taleyimdir

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsinə əsasən, maşın sürərkən sürücülərin telefondan istifadə etməsi, yəni qulaqcıqsız və ya avtomobilin multimedia sisteminə qoşulmadan danışması 50 manat məbləğində cərimə ilə nəticələnir. Qeyd olunan qayda, yalnız hərəkət zamanı deyil, işıqforun qırmızı işığında və ya tıxac şəraitində dayanma zamanı da qüvvədədir”.

Hüquqşünas vurğulayıb ki, qanunvericiliyə görə, avtomobil hərəkətdə olmasa belə, sükan arxasındakı şəxs yol hərəkətində iştirakçı sayıldığından, telefondan istifadəsi inzibati xətadır.
“Bu baxımdan sürücülərə tövsiyə olunur ki, dayanma zamanı belə telefondan istifadədən çəkinərək qaydalara riayət etsinlər”.

Müşviq Tofiqoğlu, 

KONKRET.az

  • Kənan
    İyun 22, 2025 - 13:42

    O hühuqçunansın başı çatmır

  • Sənan
    İyun 23, 2025 - 01:34

    Bir azdan deyəcəklər ki maşında əleqazla oturun oksigen çox almaq qadagandı

  • Elmir
    İyun 23, 2025 - 08:33

    O hüquqşünas necə hüquqşünasdır ki, maddəni düzgün demir. 338.1.1 piyadalara aiddir. 342.6 dadır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*