DİQQƏT: Azərbaycanda bu şəxslər iki yerdən pensiya ala bilər…backend

DİQQƏT: Azərbaycanda bu şəxslər iki yerdən pensiya ala bilər...

Azərbaycanda vətəndaşların eyni anda iki yerdən pensiya alıb-almaması mövzusu cəmiyyətdə tez-tez müzakirə olunur. Xüsusilə müxtəlif pensiya hüquqlarının üst-üstə düşdüyü hallarda vətəndaşların hansı seçim imkanına malik olması suallar doğurur. 

Məsələ ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, bəzən vətəndaşda iki pensiya hüququ formalaşa bilər, lakin seçim hüququ yalnız birinə aiddir.

Ekspert: Ya köləliyimizdən pul qazanacağıq, ya da intellektimizdən

Ekspertin sözlərinə görə, müəyyən hallarda pensiya hüquqları üst-üstə düşə bilər:

  • 65 yaşına çatan və eyni zamanda ailə başçısını itirməyə görə pensiya hüququ yaranan şəxs, bu iki pensiya növündən yalnız birini seçə bilər.
  • Pensiya yaşına çatmış, eyni zamanda əlillik təyin olunmuş vətəndaş da iki hüquqa malik olur, lakin onlardan yalnız daha sərfəli olanı seçir.

“ Hazırda Azərbaycanda paralel şəkildə iki pensiya növünün alınması qanunla mümkün deyil, çünki mexanizm yalnız məcburi dövlət sosial sığorta hesabına formalaşır.

Gələcəkdə özəl pensiya fondları yaradılarsa, bu halda vətəndaşlar həm dövlət, həm də özəl fondlardan paralel pensiya ala biləcəklər. Lakin bu, hələlik real mexanizm kimi görünmür”.

Ekspert mümkün üçüncü variant olaraq ikili vətəndaşlıq səbəbindən başqa ölkədə pensiya alan şəxsin eyni zamanda Azərbaycanda da pensiya almasını göstərir. Onun sözlərinə görə, belə hallar baş verə bilər, lakin bu, qeyri-qanuni pensiya hüququ hesab olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*