DİQQƏT: Azərbaycanda hərbi xidmət könüllü ola bilər – VACİB AÇIQLAMAbackend

DİQQƏT: Azərbaycanda hərbi xidmət könüllü ola bilər - VACİB AÇIQLAMA

Fransa Prezidenti Emmanuel Makron ölkədə könüllü hərbi xidmət proqramının başladıldığını elan edib. Bu xəbər fonunda Azərbaycanda da oxşar modelin tətbiqinin mümkün olub-olmayacağı geniş müzakirələrə səbəb olub. Maraqlıdır. Azərbaycanda könüllü hərbi xidmət modelinin tətbiqi yaxın gələcək də realdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Fransada tətbiq olunan könüllü hərbi xidmət proqramının yaxın illərdə Azərbaycanda həyata keçirilməsi real görünmür.

Ekspertin sözlərinə görə, Azərbaycanda belə bir modelə keçid üçün hələ bir sıra məsələlər həll olunmalıdır:

“Azərbaycan könüllü hərbi xidmət sisteminə keçmək üçün əvvəlcə ciddi qanunvericilik bazası formalaşdırmalıdır. Bu proses vaxt tələb edir. Ona görə də yaxın bir neçə ildə bu modelin tətbiqini real hesab etmirəm. Fransanın qədim hərb ənənələri var. Azərbaycan isə uzun illər SSRİ-nin tərkibində olub və cəmi 30 ildən bir qədər çoxdur müstəqildir. Bu yeniliklərin tətbiqi üçün zaman lazımdır”.

Üzeyir Cəfərov qeyd edib ki, ölkədə bəzən şəxsi təşəbbüslə könüllü şəkildə xidmət etmək istəyənlər olur, lakin bu, qanunla təsbit olunmuş könüllü xidmət anlayışından tamam fərqlidir:

“Alternativ və ya könüllü hərbi xidmət qanunvericilikdə ayrıca qaydalar və kriteriyalar tələb edir. Elm və təhsillə məşğul olan, müəyyən planlarını tamamladıqdan sonra xidmətə getmək istəyən insanlar üçün də ayrıca mexanizmlər olmalıdır”.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi

Ekspert əlavə edib ki, hazırda Azərbaycanda ümumilikdə hərbi xidmət müddətləri ilə bağlı belə ciddi müzakirələr gedir:

“Bu gün ölkədə daha çox hərbi xidmət yaşının aşağı salınması, ali təhsillilərin 1 ildən az, orta təhsillilərin isə 1 il 6 aydan daha az xidmət etməsi kimi məsələlər gündəmdədir. Lakin ortada hazır qanunvericilik bazası yoxdur. Bu baza formalaşdıqdan sonra könüllü hərbi xidmət modelinin tətbiqi də mümkün olacaq”.

Cəfərov sonda bildirib ki, bu modelin Azərbaycanda tətbiqi mümkün olsa da, yaxın perspektivdə gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*