Ermənistanda İran əleyhinə aksiya başladıbackend

Ermənistanda İran əleyhinə aksiya başladı

Ermənistanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı polis iştirakçıların Göy məscid istiqamətində yürüşünə icazə verməyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.

Aksiya iştirakçıları bildiriblər ki, mitinq və yürüş 15 yanvar tarixli meriya qərarı ilə razılaşdırılıb. Onların sözlərinə görə, yürüşün bir hissəsi dünən İran səfirinin “təhdidləri”ndən sonra ləğv edilib.

Buna etiraz olaraq iştirakçılar oturaq etiraz aksiyasına başlayıblar. Polis aksiyanın dayandırılmasını tələb edib, güc və xüsusi vasitələrdən istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.

Hadisə yerində vəziyyət gərgin olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*