DİQQƏT: Bu saatlarda dənizə girmək olmaz, çünki…backend

DİQQƏT: Bu saatlarda dənizə girmək olmaz, çünki...

“Günorta saatlarında, yəni saat 12:00-dan 15:00-a qədər dənizə getmək və günəş altında uzun müddət qalmaq tövsiyə olunmur. Bu saatlarda günəş şüaları daha intensiv olur və sağlamlığa mənfi təsir göstərir. Xüsusilə, yüksək təzyiqdən əziyyət çəkən şəxslər, şəkərli diabetlər və xroniki xəstəlikləri olan insanlar bu məqamda daha diqqətli olmalıdırlar”.

Bu fikirləri həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib.

Azerforum.com

“Boğulma halları təkcə üzməyi bacarmayanlar arasında deyil, əksinə, üzmə bacarığı olanlar içərisində daha çox müşahidə olunur. Üzgüçülər dənizin daha dərin hissələrinə doğru üzərkən, onların əzələ və tənəffüs sistemləri yorulur, nəticədə bədən zəifləyir və axına qarşı duruş gətirmək çətinləşir. Suyun nəfəs yollarına dolması isə boğulmaya səbəb olur”.

Həkim-terapevt qeyd edir ki, bu səbəbdən üzmə bacarığından asılı olmayaraq, vətəndaşlara yalnız sahilə yaxın ərazilərdə çimmək tövsiyə edilir. Bu, həm təhlükəsizlik, həm də sağlamlıq baxımdan risk yaratmamaq üçün vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*