DİQQƏT: Bu şəxslər cəza cəkməkdən azad olunacaqlar…backend

DİQQƏT: Bu şəxslər cəza cəkməkdən azad olunacaqlar...

Azərbaycanda məhkumların sağlamlıq vəziyyəti ilə bağlı qanunvericilikdə xüsusi müddəalar mövcuddur. Bəs, vətəndaş hansı hallarda xəstəliyə görə cəzaçəkmədən azad oluna bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 78-ci maddəsinə əsasən, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz hərəkətlərini, faktiki vəziyyətini və ictimai təhlükəliliyini dərk etməyən şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cəzadan və ya cəzanın qalan hissəsindən azad edilirlər. Belə şəxslər barəsində məcburi tibbi xarakterli tədbirlər tətbiq olunur.

Şəhidlər Xiyabanında qeyri-etik davranışlar sərgiləyən turistləri hansı  cəza gözləyir? | KONKRET

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş siyahıya uyğun olaraq, müəyyən ağır xəstəliklər də məhkumların cəzadan azad edilməsinə əsas verir. Bura ağır formalı ikitərəfli ağciyər vərəmi, bədxassəli onkoloji şişlər, endokrin sistem xəstəlikləri, psixi pozuntular, sinir sistemi və hissiyyat orqanlarının xəstəlikləri, qan xəstəlikləri, dializ tələb edən böyrək xəstəlikləri, əzələ-sümük sistemi xəstəlikləri, şüa xəstəliyi, həmçinin ağırlaşdırıcı hallarda QİÇS daxildir.

Hüquqşünas qeyd edir ki, belə şəxslərin cəzadan azad olunması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən verilən əsaslandırılmış rəy əsasında həyata keçirilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*