DİQQƏT: Bu şəxslər həftədə yalnız 36 saat işləyə bilərbackend

DİQQƏT: Bu şəxslər həftədə yalnız 36 saat işləyə bilər

“Əmək Məcəlləsinə əsasən bəzi kateqoriyalardan olan şəxslər üçün iş vaxtı qısaldılır. Qanunvericilikdə bu məsələlər dəqiq şəkildə tənzimlənir. Belə ki, Məcəllənin 91-ci maddəsinə görə, 15 yaşdan 18 yaşadək olan şəxslər üçün həftəlik iş vaxtı maksimum 36 saat ola bilər. 14-dən 15 yaşa qədər olan yeniyetmələr üçün isə bu hədd 24 saatdır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında vəkil Tağı Hüseynov səsləndirib.

Məşhur hüquqşünasdan şikayət var

“Əlilliyi olan şəxslər üçün də güzəştlər nəzərdə tutulur. 92-ci maddəyə əsasən, birinci və ikinci dərəcə əlilliyi olan şəxslərin iş həftəsi 36 saatdan artıq ola bilməz. Əmək fəaliyyəti zərərli və ağır şəraitdə həyata keçirilən işlərə gəldikdə isə, şaxtalar, dəniz gəmiləri, qapalı məkanlarda qaynaq işləri və digər oxşar sahələrdə çalışanlar üçün də güzəşt var. 93-cü maddəyə uyğun olaraq bu şəxslər üçün də iş vaxtı həftədə 36 saatdan çox olmamalıdır. Qanun həmçinin hamilə qadınlara və 1 yaşa qədər uşağı olan analara da xüsusi yanaşma tətbiq edir. Onların iş vaxtı daha qısa müəyyən edilir”.

Hüquqşünas əlavə olaraq qeyd edib ki, bayramdan əvvəlki günlər də qısaldılmış iş günü sayılır.

“Bu müddəalar əmək hüquqlarının qorunması və həssas kateqoriyalardan olan işçilərin sağlamlıq və rifahının təmin olunması məqsədi daşıyır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*