DİQQƏT: Bu şəxslər hərbi xidmətdən azaddırlar – SİYAHIbackend

DİQQƏT: Bu şəxslər hərbi xidmətdən azaddırlar - SİYAHI

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2024-cü il tarixində imzalanmış qanun dəyişikliyinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna bir sıra mühüm dəyişikliklər edilib. Yeni tənzimləmələr müddətli hərbi xidmət, çağırış yaş həddi və təhsil əsasında verilən möhlətlərlə bağlı bir sıra məqamları əhatə edir”.

Bu fikirləri hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında səsləndirib.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

“Qanuna edilən dəyişikliyə əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə və ya tibbi şəhadətləndirməyə gəlməyən şəxslər çağırışdan boyun qaçıran kimi qiymətləndiriləcək. Mövcud qanunvericiliyə əsasən, çağırış üçün yaş həddi 35-dən 30-a endirilib. Artıq 30 yaşı tamam olan vətəndaşlar müddətli hərbi xidmətə çağırılmayacaqlar. Sağlamlıq vəziyyətinə görə möhlət hüququ əldə etmiş şəxslər hər il tibbi müayinədən keçməlidirlər. Dinc dövr üçün yararsız, lakin müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilmiş şəxslər isə 30 yaşınadək hər üç ildən bir yenidən müayinədən keçməlidirlər”.

Vəkil qeyd edib ki, təhsil alanlar üçün möhlət şərtləri də dəyişib

“Yeni qaydalara əsasən, təhsil səviyyəsinə görə müddətli hərbi xidmətdən möhlət hüququ aşağıdakı şəkildə müəyyən edilib:

-Ümumi təhsil müəssisələrində təhsil alan şəxslərə 20 yaşınadək;

-Peşə təhsili alan 9 illik bazalı çağırışçılara 20 yaşınadək;

-Orta ixtisas təhsili (kollec) alan 9 illik bazalı çağırışçılara 21 yaşınadək;

-Əyani formada bakalavriat təhsili alanlara təhsili başa çatanadək, lakin 24 yaşdan çox olmamaq şərti ilə möhlət verilir.

Bu, o deməkdir ki, 24 yaşı tamam olan şəxslər daha sonra ali məktəbə qəbul olunsalar belə, möhlət hüququ əldə etməyəcəklər.

Məsələn, 22 yaşında ali təhsil müəssisəsinə qəbul olunan vətəndaşa möhlət verilmir.

-Magistraturada əyani formada təhsil alanlara təhsillərini başa vurana qədər, lakin 26 yaşadək möhlət tətbiq olunur.

-Rezidenturada təhsil alan şəxslər isə təhsillərini bitirənədək möhlət hüququndan istifadə edə bilərlər.

Ali təhsil müəssisəsindən xaric olunan tələbə 6 ay ərzində təhsilini bərpa edə bilməzsə, müddətli hərbi xidmətdən möhlət hüququnu itirir.

Dövlət proqramları çərçivəsində ölkə daxilində və ya xaricdə təhsil alan tələbələrə də təhsillərini bitirənədək möhlət hüququ verilir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*