Çin texnologiya nəhəngi Xiaomi 2025-ci ilin iyun ayından etibarən Redmi və POCO brendlərinə məxsus bəzi modellər üçün Android yeniləmə dəstəyini rəsmi olaraq dayandıracaq.
KONKRET.az xəbər verir ki, bu o deməkdir ki, həmin telefonlar işlək vəziyyətdə olsa da, təhlükəsizlik riski daşıyan, köhnəlmiş cihazlar siyahısına düşəcək.
Rəsmi olaraq yeniləmə almayacaq modellər:
Redmi Note 11T Pro
Redmi Note 11T Pro+
Redmi K50i
POCO X4 GT
POCO C40
Redmi K40S
POCO F4
Bu cihazlar 10 gün sonra, 2025-ci ilin iyun ayından etibarən artıq heç bir sistem və təhlükəsizlik yeniləməsi almayacaq.
Bu niyə təhlükəlidir?
Yeniləmə dəstəyi bitdikdə:
Təhlükəsizlik boşluqları bağlanmır,
Yeni tətbiqlərlə uyğunsuzluq yarana bilər,
Sistem sabitliyi zəifləyir,
Cihaz kibertəhlükələrə qarşı həssas hala gəlir.
Yəni telefonlar işləməyə davam etsə də, istifadəçilər məlumat oğurluğu və virus riskləri ilə üz-üzə qalacaqlar.
İstifadəçilər nə etməlidir?
Əgər bu modellərdən birini istifadə edirsinizsə, təhlükəsizlik baxımından məlumatlarınızı ehtiyat nüsxələyib yeni bir cihaz almağı düşünməyiniz tövsiyə olunur. Həmçinin, Xiaomi-nin EOL (End-of-Life) siyahısını mütəmadi olaraq izləmək də faydalıdır.
Müşviq Tofiqoğlu,
KONKRET.az