DİQQƏT! Bu yolda sürət həddi 90-a endirilirbackend

DİQQƏT! Bu yolda sürət həddi 90-a endirilir

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə iyulun 30-dan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində yerləşən “Azpetrol” YDM-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur.

“Hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır.

Hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələri xahiş olunur”, – qurumdan əlavə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*