DİQQƏT: Bundan sonra qohumla evlənənləri bu cəzalar gözləyir…backend

DİQQƏT: Bundan sonra qohumla evlənənləri bu cəzalar gözləyir...

Azərbaycanda birinci dərəcəli qohumlar arasında evliliyin tam şəkildə qadağan olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Yeni qanun layihəsinə əsasən, yaxın qohumlar, yəni ana, ata, bacı, qardaş, həmçinin birinci dərəcəli əmioğlu və xalaqızı kimi qohumlar arasında nikaha icazə verilməyəcək. Maraqlıdır, qohum evliliyi ilə qadağını pozanları hansı cəza gözləyir?.

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda nigahların elektron sistem üzərindən rəsmiləşdirilməsi prosesi o qədər təkmilləşdirilib ki, artıq qohumlar arasında rəsmi nigahın bağlanması faktiki olaraq mümkünsüz sayılır.

Bəraət alan şəxsə kompensasiya necə və kim tərəfindən verilməlidir? –  Hüquqşünas danışdı Yeni Sabah

“Belə ki, vətəndaşlar rəsmi şəkildə nigaha girmək istədiklərini bir ay əvvəl müvafiq dövlət qurumuna ərizə ilə bildirir. Bu müddət ərzində onların şəxsi məlumatları sistem üzərindən araşdırılır və yaxın qohum olduqları müəyyən edilərsə, nigahın rəsmiləşdirilməsinə icazə verilmir.

Əsas problem isə ondan ibarətdir ki, bəzi vətəndaşlar rəsmi qeydiyyat olmadan qohum evliliyini həyata keçirirlər. Bu isə gələcəkdə uşaqların hüquqları, əmlak bölgüsü və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır. Reyestr qeydiyyatının olmaması həmin şəxslərin ailə olaraq tanınmasında və hüquqi təminatların verilməsində maneələr yaradır”.

Hüquqşünas qeyd edir ki, iyulun 1-dən qüvvəyə minən qanunvericilik dəyişiklikləri təkcə qohum evliliklərini deyil, eyni zamanda erkən nigahların da qarşısının alınmasına yönəlib.

“Yeni düzəlişlərə əsasən bu tələbləri pozanlar inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Məqsəd ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin hüquqi təhlükəsizliyinin təmin olunmasıdır.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*