DİQQƏT: ƏDV bu cür geri qaytarıla bilər – YENİ SİSTEMbackend

DİQQƏT: ƏDV bu cür geri qaytarıla bilər - YENİ SİSTEM

Azərbaycanda gələcəkdə rəqəmsal terminal və ya mobil tətbiq vasitəsilə sürətli ƏDV qaytarışı sisteminin işləyib-işləməyəcəyi müzakirə mövzusudur. Hətta bu prosesin gələcəkdə bankomatlara inteqrasiya olunması da nəzəri baxımdan mümkündür. Qeyd edək ki, bu sistem bəzi ölkələrdə (BƏƏ, Sinqapur) tətbiq edilir. 

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri və ya Sinqapur kimi ölkələrlə müqayisə etmək düzgün deyil:

Bu bank üçün “əcəl zəngi” çalınır

“Əlbəttə, ola bilər. Amma həmin ölkələr hər cəhətdən bizdən daha çox inkişaf edib. İnanmıram ki, bizdə bu sistem tətbiq olunsun. Bunun iki səbəbi var: Birincisi, Azərbaycanda ƏDV hər zaman avtomatik qaytarılmır, müəyyən yoxlamalar aparılır və bəzən ümumiyyətlə geri verilmir. İkincisi, belə bir layihənin həyata keçirilməsi də real görünmür. Çünki məqsəd ƏDV qaytarmaq deyil, bütün əməliyyatların çeklə aparılmasını təmin etmək və kimin hansı dövriyyəyə malik olduğunu bilməkdir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*