DİQQƏT: Rublun məzənnəsindəki dəyişiklik bu məhsulları bahalaşdıra bilərbackend

DİQQƏT: Rublun məzənnəsindəki dəyişiklik bu məhsulları bahalaşdıra bilər

“Rusiya rublunun məzənnəsindəki dəyişikliklər Azərbaycanla Rusiya arasındakı ticarət münasibətlərinə, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracına birbaşa təsir göstərir”.

Bu fikirləri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib:

Asif İbrahimov

“Azərbaycan, digər postsovet ölkələri kimi, əsasən qeyri-neft sektoruna aid olan məhsullarını, xüsusilə kənd təsərrüfatı mallarını Rusiyaya ixrac edir. Azərbaycan Rusiyaya pomidor, gilas, ərik, xurma, alma, armud kimi məhsullar göndərir. Bu məhsulların dəyəri Rusiyadakı satış qiymətinə uyğun olaraq formalaşır və birbaşa yerli bazarda qiymətlərin də müəyyən olunmasına təsir gostərir”.

O, qeyd edib ki, rublun məzənnəsinin artması Azərbaycan məhsullarının Rusiyada daha bahalı görünməsinə səbəb ola bilər. Bu isə ixracatçılar üçün daha çox gəlir deməkdir və nəticədə yerli bazarda da həmin məhsulların qiyməti yüksəlir.

Əksinə, rubl ucuzlaşdığı təqdirdə, Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsullar daha az gəlir gətirə bilər ki, bu da daxili bazarda təklif və qiymət tarazlığına təsir edir.

İqtisadçının fikrincə, bu səbəbdən rublun məzənnəsindəki dəyişikliklərə diqqət yetirmək, xüsusilə aqrar sektor üçün strateji əhəmiyyət daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*