DİQQƏT: Yasamal rayonunun bu hissəsində yol bağlanacaqbackend

DİQQƏT: Yasamal rayonunun bir hissəsində yol bağlanacaq

Paytaxtın Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin İnşaatçılar prospektindən Şəfayət Mehdiyev küçəsinədək olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar oktyabrın 4-ü saat 08:00-dan oktyabrın 5-i saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə KONKRET.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Aparılacaq təmir işləri ilə əlaqədar sürücülərdən qeyd olunan hissədə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*