DİQQƏT: Yer kürəsi təhlükə ilə üz-üzədirbackend

DİQQƏT: Yer kürəsi təhlükə ilə üz-üzədir

Alimlər xəbərdarlıq ediblər ki, Veneranın orbitini paylaşan və indiki teleskoplarla aşkarlanması son dərəcə çətin olan yüzlərlə asteroid Yer üçün uzunmüddətli ciddi təhlükə yarada bilər.

KONKRET.az xəbər verir ki, Sao Paulo Dövlət Universitetinin astronomu Valerio Karruba bildirib ki, apardıqları tədqiqatlar zamanı müşahidə aparan alətlərə görünməyən potensial təhlükəli asteroidlərin populyasiyasını aşkar ediblər.

Bu göy cisimləri Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşmir, əksinə, Venera və Günəş ətrafında rezonansda fırlanır.

Ancaq yerləşdikləri yerə görə onları müşahidə etmək üçün Günəşə üz tutmaları lazımdır və əks etdirdikləri işıq Günəşin parlaqlığında itir və onları “görünməz” edir.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*