Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib.
KONKRET.az xəbər verir ki, F.Qurbanova bundan əvvəl Xaçmazın İstisu kənd orta məktəbində laborant vəzifəsində çalışıb.
Qeyd edək ki, bu, rayonun təhsil sektorunda baş verən ilk qohum təyinatı deyil. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun keçmiş müdiri İnqilab Musayev də oğlunu, 1990-cı il təvəllüdlü Əfsun Musayevi özünə sürücü təyin etmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu qətiyyən yol verilməzdir dövlət qulluğunun ən önəmli maddələrindən biridə işləyən şəxs ilə işə götürülən şəxs arasında qohumluq əlaqələri olmamalıdır!
Kimi secsin bəs? Kimi müavin təyin etsə aldığı rüşvəti atacaqlar.arvad yaxşıdır ki,atsa da pul bir evin icinə gəlir