Direktor həyat yoldaşını özünə müavin təyin etdibackend

Direktor həyat yoldaşını özünə müavin təyin etdi

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib.

KONKRET.az xəbər verir ki, F.Qurbanova bundan əvvəl Xaçmazın İstisu kənd orta məktəbində laborant vəzifəsində çalışıb.

Qeyd edək ki, bu, rayonun təhsil sektorunda baş verən ilk qohum təyinatı deyil. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun keçmiş müdiri İnqilab Musayev də oğlunu, 1990-cı il təvəllüdlü Əfsun Musayevi özünə sürücü təyin etmişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • İlkin
    Yanvar 13, 2024 - 05:07

    Bu qətiyyən yol verilməzdir dövlət qulluğunun ən önəmli maddələrindən biridə işləyən şəxs ilə işə götürülən şəxs arasında qohumluq əlaqələri olmamalıdır!

  • Stromaterial
    Yanvar 13, 2024 - 10:28

    Kimi secsin bəs? Kimi müavin təyin etsə aldığı rüşvəti atacaqlar.arvad yaxşıdır ki,atsa da pul bir evin icinə gəlir

İlkin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*