Dizel avtomobil sürənlərin DİQQƏTİNƏ – Məhdudiyyətlər tətbiq oluna BİLƏRbackend

Dizel avtomobil sürənlərin DİQQƏTİNƏ – Məhdudiyyətlər tətbiq oluna BİLƏR

 Dünyada ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar çərçivəsində bir sıra ölkələr artıq dizel mühərrikli avtomobillərə qarşı məhdudiyyətlər tətbiq edib.

Belə ki, Norveç, Niderland və Fransa yaxın illərdə dizel mühərrikli avtomobillərin satışını tamamilə dayandırmağı planlaşdırır. Almaniyada isə bəzi şəhərlərdə havanın çirklənməsini azaltmaq məqsədilə dizel avtomobillərinin hərəkətinə qismən qadağalar qoyulub. Britaniya 2030-cu ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını dayandırmağı hədəfləyir.

30 min dollarlıq maşınlar 20 minə düşdü – Hibrit avtomobillərin idxalında nə BAŞ verir?

Bu səbəbdən ictimaiyyət arasında tez-tez sual yaranır:

Azərbaycanda da dizel mühərrikli avtomobillərin istifadəsinə qadağa qoyula bilərmi?

KONKRET.az xəbər verir ki , mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bildirib ki, hazırkı mərhələdə dizel mühərrikli avtomobillərin tamamilə qadağan olunması real görünmür:

“Dizellə işləyən avtomobillərin qadağan edilməsi indiki dövrə uyğun gəlmir. Bu məsələ yalnız 20-30 illik perspektivdə nəzərdə tutula bilər. Çünki dizelin hələ də alternativi yoxdur. Yük daşımaları, kənd təsərrüfatında istifadə edilən texnika və digər ağır nəqliyyat vasitələri əsasən dizellə işləyir. Bunları dərhal elektriklə əvəzləmək mümkün deyil”,  – ekspert qeyd edib.

Onun sözlərinə görə, hazırda mühüm olan nəqliyyat vasitələrinin əlçatan və funksional olmasıdır:

“Dizel mühərrikli yük maşınları və kənd təsərrüfatına yararlı nəqliyyat vasitələri olmadan iqtisadiyyatın bir çox sahəsi çətinliklə üzləşə bilər. Gələcəkdə texnologiyada inqilabi kəşflər olarsa, bəlkə dizeldən imtina etmək mümkün olacaq. Amma bu, indiki mərhələdə real deyil”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*