Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən Amerika Birləşmiş Ştatlarının ünvanına yolverilməz ifadələr işlədib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, “TASS”a müsahibəsində danışıb.
Medvedevin sözlərinə görə, Birləşmiş Ştatlar dünyanın ən iyrənc rejimlərini dəstəkləyən qrupa çevrilib: “Bu, ABŞ-nin iyrənc görüntüsüdür”.
O, həmçinin vurğulayıb ki, bu, ABŞ-nin özünün seçimidir və odioz rejimləri dəstəkləmək siyasəti bu ölkə üçün yaxşı bitməyəcək.
Xatirə SADİQ,
KONKRET.az