Dolların bahalaşması manata necə təsir edəcək? — AÇIQLAMAbackend

Dolların bahalaşması manata necə təsir edəcək? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Yaponiya və Cənubi Koreya mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Bu fonda dollar digər əsas valyutalara qarşı möhkəmlənib. Belə ki, dollar indeksi 0,48 faiz artaraq 97,65 bəndə çatıb.

KONKRET.az xəbər verir ki, iqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında bildirib ki, dolların möhkəmlənməsi ABŞ üçün sərfəli deyil:

“Bu səbəbdən də Prezident Donald Tramp FED rəhbərliyini həmişə tənqid atəşinə tutur. Odur ki, tarif siyasətinin ABŞ dollarının alıcılıq qabiliyyətini möhkəmləndirmək məqsədi güdülmür.

Əlbəttə, müəyyən iqtisadi proseslər nəticəsində bu, baş verə bilər. Lakin sözügedən tendensiyanın Azərbaycan manatına təsiri mümkün deyil. Manatın dəyəri ölkəmizə valyuta axınından asılıdır. Bunun da əsasını enerji resurslarımızın ixrac qiyməti təşkil edir.

İlin birinci yarısında neftimizin orta ixrac qiyməti nəzərdə tutduğumuzdan az fərqlə də olsa üstün xarakter daşıyıb. Bunun ilin ikinci yarısı ərzində də müşahidə olunacağı istisna deyil. Yəni ki, biz, buil üçün neftin ixrac qiymətini 70 ABŞ dolları səviyyəsində nəzərdə tutmuşuq. Bu, kifaət qədər yüksək rəqəmdir. Lakin qeyd etdiyim kimi, ilin birinci yarısında orta ixrac qiyməti bundan az fərqlə də olsa üstün xarakter daşıyıdığından, manat üçün heç bir təhdid ortaya çıxmadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*