Ukrayna hərbçilərinin Donetskin Kuybışevski rayonunu atəşə tutması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksey Kulemzin məlumat verib.
Kulemzinin sözlərinə görə, Kuybışevski rayonunda 1951-ci il təvəllüdlü qadın atışma nəticəsində həlak olub.
Onun sözlərinə görə, atəş zamanı 1995-ci il təvəllüdlü kişi və 1970-ci il təvəllüdlü qadın yaralanıb. Abrosimova küçəsində isə daha bir nəfər xəsarət alıb.
Qeyd edək ki, Kuybışevski rayonu Donetskin qərbində yerləşir.
Ariz Həsənoğlu,
KONKRET.az