Donetskdə insanlar susuzluqdan ölür: Putindən xəbərdarlıqbackend

Donetskdə insanlar susuzluqdan ölür: Putindən xəbərdarlıq

Rusiyanın işğalı altında olan Donetsk vilayətində su çatışmazlığı səbəbindən son 10 gündə 4 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, ölənlərin hamısı yaşlı insandır. Ölüm halları Donetsk, Mariupol və Enakiyevoda qeydə alınıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin dünən “dxr” rəhbəri Denis Puşilinlə görüşü zamanı Donbasdakı su fəlakəti ilə bağlı ona ciddi suallar verib və xəbərdarlıq edib.

Rusiya Prezident Administrasiyasındakı mənbələrin məlumatına görə, əgər su problemi həll olunmasa, Puşilin bu il özünü həbsdə görəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*