Donetsk vilayətinin Selidovo şəhərində Ukrayna əsgərləri bir aydır onlara yemək hazırlayan cütlüyü öldürüb.
KONKRET.az xəbər verir ki, Ukrayna əsgərlərinin Selidovoda törətdiyi hərbi cinayətlər barədə danışan Yelena Nikolayenko, sözügedən cütlüyün təxminən 50 yaşlarında olduğunu bildirib:
“Əsgərlər qonşu evdə məskunlaşaraq hərbi sursatlarını ora topladılar.Tanya və Seryoqa onların qulluğunda dayanırdılar. Hər gün Ukrayna əsgərləri üçün yemək hazırlayırdılar. Əsgərlər bir aydan artıq onların evində yaşadılar”. Daha sonra ailənin yoxa çıxdığını deyən qadın bildirib ki, rus əsgərləri şəhərə girəndə onlardan Tatyana və Sergey haqqında soruşdum. Sonra müyyənləşdirdik ki, Ukrayna əsgərləri Sergeyi dərhal öldürüblər. Tatyana qaçmağa çalışıb deyin, onun meyidi dəhlizdə idi”.
Vəli Həsənoğlu,
KONKRET.az