Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayırbackend

Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

KONKRET.az xəbər verir ki, İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində Cənubi Koreyadan olan Hyeonsik Sonqla üz-üzə gələcək.

Maqomed-Başir Xaniyev (70 kq) da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, qazaxıstanlı olan Sanjar Dojanovla qarşılaşacaq.

Abubakr Abakarov (86 kq) 1/16 finalda kanadalı Aleksandr Murla güləşəcək.

Ən ağır çəkili güləşçimiz Georgi Meşvildişvili (125 kq) isə 1/16 finalda bolqarıstanlı İslam Adizovla üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*