Azərbaycanın 4 taekvondoçusu bu gün Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında mübarizəyə başlayır.
KONKRET.az xəbər verir ki, kişilər arasında 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə 1/8 finalda Mateya İvanoviç (Serbiya) ilə üz-üzə gələcək.
58 kq-da yarışan Pərviz İsgəndərov 1/16 finalda Stepan Dmitrovla (Moldova) qarşılaşacaq.
Qadınlardan Minayə Əkbərova (46 kq) 1/8 finalda Almaniyanı təmsil edən Özlem Gürüzün, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Patimat Abakarova (49 kq) eyni raundda Martina Korellinin (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.