Dörd rayona qar yağıb – FAKTİKİ HAVAbackend

Dörd rayona qar yağıb - FAKTİKİ HAVA

Oktyabrın 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısamüddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yüksək dağlıq ərazilərdə – Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında qar yağıb.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 13, Balakəndə 6, Şahbuzda 5, Zaqatalada 4, Tovuz, Şəki, Sədərək, Şuşa, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Şəmkir, Quba, Qusarda 2 mm-dək qeydə alınıb.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağda 20, Culfa və Naftalanda 18, Mingəçevir və Naxçıvanda 16 m/s-dək güclənib.

Oktyabrın 27-si gündüz, 28-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*