Dortmund “Borussiya”sı Bundesliqada ikinci yeri təmin etdibackend

Dortmund “Borussiya”sı Bundesliqada ikinci yeri təmin etdi

Almaniya Bundesliqasında XXXIII turun oyunları keçirilib.

KONKRET.az-ın məlumatına görə, sonuncudan əvvəlki turun qarşılaşmaları eyni gündə və eyni saatda başlayıb.

Çempionluğu öncədən təmin edən “Bavariya” evdə “Frayburq”a qalib gəlib. Münhenlilərin iki ən yaxın izləyicisi Leypsiqdə üz-üzə gəlib.

Şəhərin eyniadlı komandasına 2 cavabsız qolla qalib gələn Dortmund “Borussiya”sı ikinci yeri təmin edib. 3-cü yerin taleyinə isə son tur aydınlıq gətirəcək.

Qeyd edək ki, aşağı dəstəyə düşəcək ikinci komanda, həmçinin pley-offun iştirakçısı da son matçlarda bəlli olacaq. XXXIV turun matçları isə iyunun 27-də təşkil olunacaq.

Almaniya Bundesliqası
XXXIII tur
20 iyun

“Bavariya” – “Frayburq” – 3:1
“Köln” – “Ayntraxt” – 1:1
“Fortuna” – “Auqsburq” – 1:1
“Herta” – “Bayer” – 2:0
“Hoffenhaym” – “Union” – 4:0
“Mayns” – “Verder” – 3:1
“Paderborn” – “Borussiya” M – 1:3
“Leypsiq” – “Borussiya” D – 0:2
“Şalke” – “Volfsburq” – 1:4

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*